Sosial Fəaliyyətlər 150 Ailəyə Ərzaq Yardımı Edildi

150 Ailəyə Ərzaq Yardımı Edildi

6

30 mart 2017-ci il tarixində Gəncliyə Yardım Fondu  Zəngilan rayon İcra Hakimiyyəti ilə birlikdə “31 mart Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş program həyata keçirib. Tədbirdə Zəngilan rayonu məcburi köçkün ailələri, şəhid ailələri, dövlət və QHT nümayəndələri iştirak edib.

Tədbirin sonunda Türkiyənin xeyriyyəçi təşkilatı Aziz Mahmud Hüdayi vəqfinin dəstəyi ilə yüz əlli Zəngilan sakini məcburi köçkün və şəhid ailəsinə ərzaq bağlaması yardımı paylanıb.

Qeyd edək Mart soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnakstyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğındır. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.