Sosial Fəaliyyətlər GYF-də Azərbaycanda Tanınmış Biznes Konsultant, Peşəkar idarəçi Fəxri Ağayevlə Gənclərin ‎Görüşü Oldu

GYF-də Azərbaycanda Tanınmış Biznes Konsultant, Peşəkar idarəçi Fəxri Ağayevlə Gənclərin ‎Görüşü Oldu

5

08 aprel  2017-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, “Bakı İstedadlı Gənclər Akademiyası” layihəsi çərçivəsində gənclərimizin görüşünə Azərbaycanda tanınmış Biznes Konsultant, Peşəkar idarəçi Fəxri Ağayev gəldi. Tədbiri giriş sözü ilə açıq elan edən “Bakı Gənclik Akademiyası” kordinatoru Vəfadar Babayev Fəxri Ağayev haqqında tələbələrimizə, tələbələrimiz və ümumi “Bakı Gənclik Akademiyası” haqqında Fəxri bəyə məlumat verdi.

 Fəxri bəy, Motivasiya, Biznes və Peşəkar idarəçiliklə bağlı tələbələrimizə konfrans verdi. Qonaq, Seminar çərçivəsində Azərbaycanda müstəqillikdən sonra yaranan biznes fəaliyyətində olan problemlər, sonrakı inkşaf və dünyada son illər mövcud böhrandan əvvəl və sonra biznes fəaliyyətində olan idarəçilik fərqləri haqqında gənclərə praktiki bilgilər verdi. Aktiv suallı-cavablı keçən tədbirdən Tələbələr çox məmnun ayrıldılar.

Qeyd edək ki, layihə çərçivəsində “Bakı Gənclik Akademiyası”nın iştirakçılarına hələ bu dərs ilinin sonuna kimi Azərbaycanın tanınmış simaları tərəfindən müxtəlif və maraqlı mövzular haqqında seminarlar veriləcəkdir.