Sosial Fəaliyyətlər Cocuq Mərcanlı Sakini Oktay Həziyev GYF-nın Qonağı Olub

Cocuq Mərcanlı Sakini Oktay Həziyev GYF-nın Qonağı Olub

15

21.09.2017-ci il tarixində  “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında iştirak edən Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim fondun xidmətləri haqqında qonağa ətraflı məlumat verib. Daha sonra işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası  və yenidən qurulmasında Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildiyindən söhbət açılıb. Qonaq Oktay Həziyev də öz növbəsində Fondun prezidenti Ahmet Tecimə göstərdikləri diqqət və qayğıya görə öz xüsusi təşəkkürünü bildirib.

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş doğma kəndlərinə qayıdan Oktay Həziyev ailəsinin beş üzvü ilə bərabər burada yaşayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən birinci dərəcəli “Əmək” ordeni ilə mükafatlandırılıb.

Çay süfrəsi ətrafında davam edən görüşün sonunda qonaqla xatirə şəkili çəkilib və Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyyəsi təqdim olunub.