Sosial Fəaliyyətlər GYF-nun İdarə Heyəti TRT Bakı Koordinatorunu Ziyarət Edib

GYF-nun İdarə Heyəti TRT Bakı Koordinatorunu Ziyarət Edib

0

10.11.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış TRT Bakı Koordinatoru  Murad Akkoçu ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Murad Akkoç Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. 

TRT Bakı ofisinin uğurlu bir mətbuat orqanı olaraq iki qardaş dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynadığı  bildirən Ahmet Tecim də öz növbəsində TRT Bakı Koordinatoru Murad Akkoç bəyi yeni iş təyinatı münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çay süfrəsi ətrafında davam edən səmimi görüşdən sonra xatirə şəkili çəkilib.