Sosial Fəaliyyətlər 2017 GYF-nin İdarə Heyəti TÜİB Başqanını Ziyarət ‎Edib

2017 GYF-nin İdarə Heyəti TÜİB Başqanını Ziyarət ‎Edib

2

Gəncliyə Yardım Fondunun Preszidenti Ahmet Tecim, fondun əməkdaşları Zeki Şahin və Sedat Demir Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfıratı ziyarət ediblər. Görüş zamanı Ahmet bey yeni sədr seçilmiş Hüseyin bəyi bu münasibətlə təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzu edib.

Öz növbəsində Gəncliyə Yardım Fondunun Azərbaycanda apardığı çalışmaları yüksək dəyərləndirən Hüseyin bəy, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı öz dərin təşəkkürünü bildirib.

Səmimi keçən görüşmə sonunda TÜİB sədrinə hədiyyə təqdim olunub, sonda isə xatirə şəkilləri çəkilib.