Sosial Fəaliyyətlər Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

1

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub.