Sosial Fəaliyyətlər GYF Rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ‎Yaradılmasının 6-cı...

GYF Rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ‎Yaradılmasının 6-cı ‎İldönümü İlə Bağlı Tədbirdə İştirak edib

1

13 fevral 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ‎Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir həyata keçirilib. Bu münasibətlə ‎Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda ‎Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ‎məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.‎

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati ‎binasında tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid ‎olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqələk sükutla yad edib. Tədbir Dövlət Himninin ‎ifası ilə başlanılıb.‎

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlətin Xidmətinin şəxsi heyəti, ‎Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, ‎Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev,  “Azərbaycan ‎Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan ‎Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ‎üzvi Emin Həsənli, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən ‎Həsənov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Fizuli ‎Rzaquliyev, “20 Yanvar” Cəmiyyətinin sədri Sultan Əzimzadə, Gəncliyə Yardım ‎Fondunun   prezidenti Ahmet Tecim, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik ‎Komissiyasının sədri Şahin Musaoğlu, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru ‎Seyfəddin Hüseynli, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan ‎Əlizamanlı,  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı iştirak edib.‎

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu ‎Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. General-leytenant ‎A.Rəhimov qeyd edib ki, Sə¬fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən ‎müddət ərzində Azərbaycan Respublikasının Pre¬zidenti – Silahlı Qüvvələrin Ali Baş ‎Komandanı cənab İl¬ham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, qarşıya ‎qoyulmuş vəzifə və tapşırıqları müvəffəqiyyətlə həyata keçirdiyini vurğulayıb. ‎

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Səfərbərlik ‎və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının böyük bir əhəmiyyət kəsb ‎etdiyini vurğulayaraq, ötən  6 il ərzində böyük nailiyyətlər qazanıldığını qeyd edib. Daha sonra ‎Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu ‎Rəhimova Gəncliyə Yardım Fondunun xatirə hədiyyəsini təqdim edib. ‎

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan ‎Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları oxunaraq, dəvət olunmuş qonaqlar və ‎xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıb.‎

Tədbirin sonunda Xidmətin fəaliyyətindən bəhs edən “Qələbəyə səfərbər ol” sənədli ‎filmi nümayiş etdirilib.‎