Sosial Fəaliyyətlər Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri GYF-nin Qonağı Olub

Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri GYF-nin Qonağı Olub

1

18.04.2018-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı münasibəti ilə Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdoğanın oğlu, İş adamı Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bak Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlarla birlikdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Əziz Mahmut Hüdayi Vəqfi İdarə Heyətinin üzvü Abdurrahman Topbaş da olub. Gəncliyə Yardım Fonunun  prezidenti Ahmet Tecim fond haqqında qonaqlara ətraflı məlumat verib.

Daha sonra qonaqlara fondun fəaliyyətlərini əks etdirən qısa video rolik göstərilib. Gəncliyə Yardım Fondunun  fəaliyyətləri ilə yaxından tanış olan Osman Aşkın Bak və Bilal Erdoğan  bu ümdə fəaliyyətlərindən dolayı Ahmet Tecimə və fondun əməkdaşlarına təşəkkür  edərək gələcək işlərində uğurlar arzulayıb.

Səmimi çay süfrəsi ətrafında davam edən görüşün sonunda Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara xatirə hədiyyəsi və “Keçmişdən günümüzə Azərbaycan-Türkiyə xeyriyyəçilik ənənəsi- QARDAŞ KÖMƏYİ”  kitabı təqdim edilib və xatirə şəkili çəkilib.