Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

2

22.05.2018 tarixində Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyi tərəfindən Gəncliyə Yardım Fondunun konfrans zalında şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondu Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir xeyriyyə fəaliyyətini icra etdiklərinə görə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşavirliyinə öz təşəkkürünü bildirib.

 Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri Prof. Dr. Kamil Günəş də qonaqlara qardaşlıq və yardımlaşma duyğularından danışaraq bu nəcib əməllərin ilin hər günündə yaşadılmasının vacibliyini vurğulayıb. O həmçinin öz çıxışında Qarabağ torpaqlarının tezliklə işğaldan azad olunması üçün dua edib və belə iftar süfrələrinin Qarabağ torpaqlarında açacaqlarına inanndığını bildirib.

Tədbirin sonunda Gəncliyə Yardım Fondu tərəfindən şəhid ailələrinə ərzaq paketləri paylanıb.