Sosial Fəaliyyətlər Cocuq Mərcanlıda İftar Süfrəsi Açılıb

Cocuq Mərcanlıda İftar Süfrəsi Açılıb

2

04.06.2018-ci il tarixində Gəncliyə Yardım Fondu erməni işğalından azad olunmuş Cəbrayıl rayon Cocuq Mərcanlı kəndində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Cocuq Mərcanlı sakinləri və əsgərlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev belə bir ayda bir iftar süfrəsində görüşdükləri üçün onları bir araya gətirən Gəncliyə Yardım Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev fondun fəaliyyətləri haqqında məlumat verərək fond rəhbərliyinin salamını çatdıraraq belə bir gündə Cocuq Mərcanlıda olmağın məmnunluğunu bildirib.

Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev iftar mərasiminin sonunda belə bir süfrəni təşkil edən Gəncliyə Yardım Fondunun rəhbərliyinə onlara göstərmiş olduğu diqqət və qayğıya görə təşəkkür edib.

İftar mərasiminin sonunda hər bir Cocuq Mərcanlı kənd sakininə Gəncliyə Yardım Fondu tərəfindən ərzaq paketi, uşaqlara isə müxtəlif oyuncaqlar təqdim edilib.