Sosial Fəaliyyətlər Xocalı Faciəsi Qan Yaddaşımızdır

Xocalı Faciəsi Qan Yaddaşımızdır

25

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə  22.02.2018-ci il tarixində Xocalı Soyqrırımının XXVI il dönümünə həsr olunmuş “Xocalı Faciəsi Qan Yaddaşımızdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən tam məlumatlar göndərilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Erkan Özoral, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Millət Vəkili Sona Əliyeva, Gənclər və İdman Nazirliyinin Sektor Müdüri Əli Məmmədov, Kütləvi İnformasiya Vasitələrinin Nümayəndələri, QHT sədirləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı səsləndirilib. Daha  sonar tədbir iştirakçılarına Xocalı faciəsini əks etdirən vidio rolik təqdim edilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin  davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmasından söz açaraq, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhda yetişən, öz haqq səslərinin dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışıb. 

Türkiyənin Azərbaycandakı Fövqaladə və Səlahiyyətli Səfiri Erkan Özoral çıxış edərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu  qeyd edərək, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olduğunu vurğulayıb.

Millət vəkili Sona Əliyev da Xocalı soyqırımın unudulmaz olduğunu qeyd edərək, bu cür tədbirlərin həyata keçirilməsinin hər zaman tərafdarı olduğunu və gələcək nəsillərə də bu hadisənin unudulmamasının vacibliyindən söz açıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkirli siyasətinə qarşı ayıq-sayıq olmaq üçün təbliğin gücləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim Xocalıda yaşanan hadisələrin qəbuledilməz olduğunu bunun dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu qeyd edib. Tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmağın mühüm məsələ olduğunu qeyd edən natiq Azərbaycan və Türkiə qardaşlığının əbədi olduğundan söz açıb

Son olaraq Xocalı sakinləri adından çıxış edən çıxış edən Anar İbrahimov milli-mənəvi ruhda yetişən Azərbaycan gəncliyinin,  erməni qəsbkarlarının etdikləri zülmləri yerdə qoymayacağını və onların beynəlxalq ictimaiyyətdə öz uğurlarıyla düşmənə layiqli cavab verəcəyini vurğulayıb.

Qeyd edək ki, tədbirin məqsədi Azərbaycan xalqının tarixi boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalması, öz tarixi topraqlarından qovulmasından, qaçqına və məcburi köçkünə çevrilməsini və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasını, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq,  ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasının orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təbliğini gücləndirməkdən ibarətdir.

Tədbirin sonunda “Xocalı Faciəsi Qan Yaddaşımızdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlar və pul mükafatları ilə təltif olunub.

“Xocalı Faciəsi Qan Yaddaşımızdır” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer –   Qocayeva Ayşən-Nərimanov rayon 34 saylı orta məktəb

II yer –  Abdullayeva Mehrubə-Nizami rayon 10 saylı orta məktəb

II yer – Məmmədova Rəhimə-Xətai rayon 265 saylı orta məktəb