Sosial Fəaliyyətlər Türkiyənin Məşhur Yazıçıları GYF-də Gənclərlə Görüşüb

Türkiyənin Məşhur Yazıçıları GYF-də Gənclərlə Görüşüb

2

24.04.2018-ci il tarixində “Kitab tutan balaca əllər” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan bir qrup Türkiyəli yazar Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdən olan bir qrup tələbə ilə görüş keçirib. Dr.Veysəl Akkaya, Dr.Hayati Bice və Yrd.Doç.Dr.Mustafa Tatcının iştiraki ilə baş tutan  tədribdə iştirakçılara, Anadoluda türkcə şeirin banilərindən biri olan İslam filosofu, təsəvvüf və xalq şairi, Türk-İslam mütəfəkkiri Yunus Əmrə və Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Xoca Əhməd Yəsəvi haqqında iştirakçılar məlumatlandırılıb.

Yunus Əmrənin irfan əhlidən aldığı məhəbbət və gözəl əxlaqla bağlı fikirlərindən, İslam təsəvvüfü və s. mövzuları mənimsəməsindən, Əhməd Yəsəvinin isə əsas əsəri sayılan “Divani-hikmət” haqqında  konfransın gedişi zamanı ətraflı məlumat verilib.

Tədbirin sonunda çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim başda qonaqlar olmaqla dəvəti qəbul edib tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Daha sonra qonaqlara Gəncliyə Yardım Fondu tərəfindən Türkiyə və Azərbaycan qardaşlığının simvolu olan xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkili çəkdirilib.