Sosial Fəaliyyətlər Türkiyənin Məşhur Yazarı GYF-nin Qonağı Oldu

Türkiyənin Məşhur Yazarı GYF-nin Qonağı Oldu

1

Sentyabr ayının 24-də Azərbaycanda işgüzar səfərdə olan Araşdırmacı yazar, Altınoluk jurnalının baş redaktoru Ahmet Taşgetiren, Erkam Radiosunun  direktoru Murat Karaman və Rejissor İlker Emon Gəncliyə Yardım Fondunu ziyarət edib. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim  qonaqlara fondun fəaliyyətləri haqqında məlumat verib. Gəncliyə Yardım Fondunun  paytaxt Bakıda və Azərbaycanın digər rayonlarında həyata keçirilmiş fəaliyyətləri və layihələri ilə yaxından tanış olan qonaqlar fondun buradakı fəaliyyətlərini yüksək qiymətləndiriblər.

Səmimi çay süfrəsi ətrafında baş tutan görüşdə araşdırmacı yazar, Altınoluk jurnalının baş redaktoru Ahmet Taşgetiren göstərilən etimad, qonaqpərvərvərlik, diqqət və qayğıya görə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və əməkdaşlarına dərin minnətdarlığını bildirib. Cənab Taşgetiren xüsusi olaraq Azərbaycanda olduğu ayrı-ayrı zamanlarda heç vaxt özünü yad bir ölkədə hiss etmədiyini vurğulayıb. Erkam radiosunun direktoru Murat Karaman da mədəniyyətimizin təməli olan xeyriyyəçilik işlərində Gəncliyə Yardım Fondunun rolunun Azərbaycan xalqı üçün danılmaz olduğunu qeyd edib. Rejissor İlker Emon da öz növbəsində fond rəhbərliyinə və əməkdaşlarına bu ümdə fəaliyyətlərinə görə təşəkkür edib.