Sosial Fəaliyyətlər KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

KKTC-nin Təmsilçisi Ufuk Turganer GYF-nin Qonağı olub

2

Bu gün Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer Gəncliyə Yardım Fondunu ‎ziyarət ‎edib.   Ziyarət əsnasında qonaq, Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və icraçı katib Sedat ‎Dəmir ilə görüşüb. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet ‎Tecim qonağa Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.‎

Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar ‎yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da ‎möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi Ufuk Turganer də öz növbəsində  fond rəhbərliyinə bu ‎cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib ‎və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib.‎