Sosial Fəaliyyətlər Rizənin Ardeşen Bələdiyyəsinin Nümayəndə Heyəti GYF-nin qonağı olub

Rizənin Ardeşen Bələdiyyəsinin Nümayəndə Heyəti GYF-nin qonağı olub

20

Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətindən gəlmiş Rize/Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

 Cənab Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekin də öz növbəsində  fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondunun xatirə ‎hədiyyəsi təqdim edilib.