Sosial Fəaliyyətlər Bakı İstedadlı Gənclər Akademiyasında Uğurlu Kariyera Seminarı Keçirildi

Bakı İstedadlı Gənclər Akademiyasında Uğurlu Kariyera Seminarı Keçirildi

13

27 oktyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının qonağı İxtisasca cərrah olan təlimçi, spiker və eyni zamanda biznesmen Elvir İsmayılov olub.

Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.

Elvir İsmayılov da öz çıxışında Bakı İstedadlı Gənclər Akademiyasının bütün tələbələrini salamlayıb və akademiyanın fəaliyyətlərini yüksək qiymətləndirib. Daha sonra qonaq tələbələrə “hər bir başlanğıcın bir addım atmaq qədər asan olduğunu ancaq güclü iradə tələb etdiyini bildirib. Cəmiyyətimizdə neqativ fikirli insanların həyatımıza verə biləcəyi zərbələrin illər sonra əziyyətini çəkənlərin az olmadığınıda vurğulayıb. Hər bir şey istməkdən aslıdır. Əgər niyyətimiz təmiz və sağlamdırsa o zaman görəcəyimiz işdən həm özümüz həmdə ətrafımızdakılar faydalancaqdır. Bir söz insanı dəyişər, insan da həyatı dəyişər. Əgər dəyiş­diyimiz­də daşıdığımız kimlik və mənsubiyyəti düzgün təmsil edə bilmiriksə o zaman ətrafımızda olan insanslara özümüz və başqaları haqqıqda mənfi fikir düşüncəsi formalaşdırırıq”.

Tədbirin sonunda tələbələr tərəfindən suallar ünvanlanıb və ətraflı şəkildə Elvir bəy tərəfindən cavablandırılıb. Sonra öz dəyərli vaxtından ayırıb gəlib belə bir seminarın məruzəçisi olduğu üçün təşkilat tərəfindən hədiyyə təqdim edilib.