Sosial Fəaliyyətlər Məşhur Yazıçı Elxan Elatlı GYF-də İstedadlı Gənclərlə Görüşüb

Məşhur Yazıçı Elxan Elatlı GYF-də İstedadlı Gənclərlə Görüşüb

17

GYF-nin Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Azərbaycanın milli bestseller müəllifi olan məşhur yazıçı Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlının Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan istedadlı gənclərlə görüşü baş tutub.

Görüşdə Bakı İsteadadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov, Gəncliyə Yardım Fondunun Təhsil Koordinatoru Rüfət Şirinov, gənc yazarlar və fəal gənclər iştirak edib.

BİGA-nın koordinatoru Şükür Əndəlifov qonağı salamlayaraq,  gənclərlə görüşü qəbul etdiyi üçün qonağa təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib.

Daha sonra çıxış edən Elxan Elatlı mütəmadi olaraq gənclərlə görüşdüyünü vurğulayaraq, bu gün də burada gənclərlə görüşündən məmnunluğunu bildirib. Görüş əsnasında müəllifin ən son nəşr edilən “Eksperiment” adlı romanı müzakirə edilib.  Müəllif kitabın yazılma səbəbbindən və əhatə etdiyi mövzuların əhəmiyyətindən danışıb.

Görüşün sonunda geniş oxucu kütləsinin suallarını cavablandırıb və oxucuların kitabını imzalayıb. Gəncliyə Yardım Fondunun rəhbərliyi tərəfindən qonağa xatirə hədiyyəsi təqdim olunub və xatirə şəkili çəkilib.

Qeyd edək ki, bu ilin əvvəlində detektiv romanlar müəllifi olan Elxan Elatlının  XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs edən “Cəhənnəmdən gələn səs” romanı da Gəncliyə Yardım Fondunda gənclərə təqdim edilib və müəlliflə imza günü təşkil edilib.