Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin Anım Mərasimi ‎Keçirilib

Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin Anım Mərasimi ‎Keçirilib

13

Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin Anım Mərasimi ‎Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun şəhid Ömər Halis Dəmir adına konfrans zalında Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyev anım mərasimi keçirilib.

Tədbirdə Ulu Öndərin və Azərbaycan Respublikası həmçinin Türkiyə Cümhuriyyətinin azadlığı uğrunda şəhid olan vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşı ilə tədbir açıq elan edilib.

Sonra isə  “Heydər Əliyev və Müasir Azərbaycan” adlı sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Heydər Əliyevin gənclərə verdiyi dəyərdən söz açaraq gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olmasının dövlət üçün önəmli olduğunu vurğulayıb. Natiq Heydər Əliyevin “Biz Bir Millət – İki Dövlətik” sözlərinin əbəs yerə söylənmədiyini qeyd edib. İki dövlətin daima bir-birinə sıx bağlılığı, dünyada qardaşlıq nümunəsi olmalarından bəhs edib.

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli isə Heydər Əliyevin Müasir azərbaycanın formalaşmasında əvəssiz xidmətlərindən bəhs edərək hər bir gəncin onu örnək götürməsini tövsiyə edib.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun Vitse Prezidenti Salman Əliyev iki dövlət arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıb və Ümummili liderimizə Allahdan rəhmət diləyib.

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin həyatından bəhs edərək onun necə uzaqgörən bir siyasətçi, vətənə millətə bvağlı bir şəxsiyyət olmasından bəhs edib.