Sosial Fəaliyyətlər 2018 GYF- Nümayəndələri Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbirində İştirak...

2018 GYF- Nümayəndələri Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbirində İştirak Edib

1

22 Dekabr 2018-ci il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində ‎ Türkiyə Cümhuriyyəti İstanbul Səbahəttin Zaim Universitetinin Psixologiya kafedrasının müəllimi Dr. Turqay Şirinin “Kino, Sosial Media, Müasir Mədəniyyət və Din” adlı seminarı baş tutub. Seminarda Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, TİKA Bakı Koordinatorunun müavini Ersin Çopur, fondun müəllim heyəti və müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak edib.

Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov ‎tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib.‎

Daha sonra gənclər qarşısında çıxış edən Dr. Turgay Şirin seminar iştiakçılarına kinonun, sosial medianın, insan şüuruna və düşüncə tərzinə təsirindən danışıb. Gənclərə bəzi məhşur filmlərdən fraqmentlər təqdim edən Turgay Şirin kino sektorundakı gənclərin psixologiyasına istiqamətlənmiş mənfi manipulyasiya sistemini əyani şəkildə göstərib.

Seminarın sonunda tələbələr qonaqla xatirə şəkli çəkdirib.