Sosial Fəaliyyətlər GYF NümayəndələriQarabağ Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” Filmlərinin ‎Təqdimatında İştirak Edib

GYF NümayəndələriQarabağ Əcdadlarımızın mirası” və “Cəbrayıl-virtual səyahət” Filmlərinin ‎Təqdimatında İştirak Edib

2

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” informasiya-kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunmuş “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “Cəbrayıl-virtual səyahət” 3 D qrafik təsvirli filminin ictimaiyyətə təqdimatı keçirilib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İB-nin sədri Tural Gəncəliyev, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Gəncliyə Yardım Fondunun nümayəndələri və digər rəsmilər iştirak ediblər.

3 dildə – azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ – Əcdadlarımızın mirası”adlı sənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin Azərbaycana, azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, Ermənistanın əzəli Azərbaycan torpaqları olan Qarabağa ərazi iddiaları haqqındadır. Bu məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.

Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, 19 – cu yüzildə, 20 – ci əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet Hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar verilir. Nə üçün Qarabağ bizə bu qədər doğmadır, vacidir? sualına filmin sonunda çünki Qarabağ sonuncu qaladır, cünki Qarabağ əcdadlarımızın mirasıdır – deyə cavab verilir.

Nümayiş olunan digər məhsul – Cəbrayıl haqqında “Cəbrayıl – virtual səyahət” 3 D qrafik təsvirli film də ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işğal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edəcək. Filmdə işğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı,Sirik qalası, 11 tağlı və 15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, kolxoz bazarı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidlər qrafik təsvirlərlə bərpa olunaraq nümayiş etdirilir.