Sosial Fəaliyyətlər GYF-Rəhbərliyi TUDİFAK-ın Dekanı Prof. Dr. Hayati Beşirlini Ziyarət Edib

GYF-Rəhbərliyi TUDİFAK-ın Dekanı Prof. Dr. Hayati Beşirlini Ziyarət Edib

1

Gəncliyə Yardım Fondunun rəhbərliyi Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin dekanı Prof. Dr. Hayati Beşirli ilə görüşüb. Görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri iştirak edib. Fakultə dekanı Prof. Dr. Hayati Beşirli  qonaqlara Azərbaycanda həyata keçirilən uğurlu təhsil fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Daha sonra qarşıda duran layihələr və onların icraat mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim də öz növbəsində təhsil müəssisəsinin fəaliyyətlərini yüksək qiymətləndirib, Azərbaycan gəncliyinin vətənə, millətə faydalı bir şəxsiyyət kimi yetişməsində uğurlu layihələr  həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla xatirə fotoları çəkilib.‎