Sosial Fəaliyyətlər Ağdamda İftar Süfrəsi Açıldı

Ağdamda İftar Süfrəsi Açıldı

6

15.05.2019-cu il tarixində Gəncliyə Yardım Fondu Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə cəbhə bölgələrindən olan Ağdam rayonunun Quzanlı qəsəbəsində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Gəncliyə Yardım Fondunun əməkdaşları,  rayon sakinləri və hərbiçilər iştirak edib.

Tədbiri giriş sözü ilə açan rayon “Cümə” məscidinin axundu Barat Bağırov belə bir ayda bir iftar süfrəsində görüşdükləri üçün onları bir araya gətirən səbəbkarla minnətdarlığını bildirib.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Gəncliyə Yardım Fondunun hər həyata keçirdiyi ənənəvi iftar süfrələrini yüksək qiymətləndirib və bu xeyriyyə fəaliyyətinin cəmiyyətinin müxtəlif təbəqələri arasında müsbət ünsiyyət və auranın yaranmasına səbəb olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Gəncliyə Yardım Fondunun əməkdaşı Ağdam rayon sakini Ramiz Məmmədov fondun fəaliyyətləri haqqında rayon camaatına məlumat verərək fond rəhbərliyinin salamını çatdıraraq belə bir gündə Ağdamda olmağın məmnunluğunu bildirib.

Qeyd edək ki, hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında iftar proqramları edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar. Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılır və Ramazan bayramına 3 gün qalmışa qədər davam edir.