Sosial Fəaliyyətlər GYF-nin İdarə Heyəti T.C Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Dr. Nihat Büyükbaşı Ziyarət...

GYF-nin İdarə Heyəti T.C Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Dr. Nihat Büyükbaşı Ziyarət Edib

5

Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış T.C Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Dr. Nihat Büyükbaşı ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Dr. Nihat Büyükbaş Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. 

T.C Bakı Böyükelçiliyinin Təhsil Müşavirliyinin hər zaman iki qardaş dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynadığını, iki qardaş dövlətin gəncləri arasında sıx münasibətlərin formalaşmasında böyük tövhələr verdiyini bildirən Ahmet Tecim də öz növbəsində T.C Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Dr. Nihat Büyükbaş bəyi yeni iş təyinatı münasibəti ilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Çay süfrəsi ətrafında davam edən səmimi görüşdən sonra xatirə şəkili çəkilib.