Sosial Fəaliyyətlər Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

Məşhur İqtisadiyyat Mütəxəssisi Temel Hazıroğlu GYF-nin Qonağı Olub

4

MÜSİAD Azərbaycan Akademiya Komitəsi tərəfindən, Türkiyə Qatılım Banklar Birliyi (TKBB) Məşvərət Heyətinin Üzvü, “İnsan və Real”, “Qatılım İqtisadiyyatı”, “Yüksəliş”, “Yeni Axtarışın Ortaya Çıxması və İnkişaf Etmiş Demokratiya İdeyası” kitablarının müəllifi Temel Hazıroğlu Gəncliyə Yardım Fondunu ziyarət edib.

Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Temel Hazıroğlu da öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qarşılıqlı xatirə ‎hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.‎

Qeyd edək ki, MÜSİAD Bakı Təmsilçiliyinin təşkilatçılığı ilə Temel Hazıroğlunun Bakıda “Qatılım Fəlsəfəsi və Humanitar İqtisadiyyat” mövzusunda konfransı təşkil edilib və maraqlı mövzuları özündə əhatə edən konfransda müxtəlif sektorlardan olan qonaqlar iştirak edib.