Sosial Fəaliyyətlər GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

GYF Rəhbərliyi İstanbulda Qarabağa və Ordumuza Dəstək Yürüşündə İştirak Edib

2

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlarına etiraz əlaməti olaraq, iyulun 19-da İstanbulda Azərbaycan dövlətinə və ordusuna dəstək yürüşü keçirilib. Yürüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və Əziz Mahmud Hüdayi vəqfinin məsul nümayəndələri də iştirak edib.

Yürüş edənlər bayraqlar qaldıraraq “Şəhidlər ölməz, vətən bölünməz” kimi şüarlar səsləndiriblər. Sakinlər əllərindəki Azərbaycan və Türkiyə bayraqlarını birgə tutaraq Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, həmişə olduğu kimi, son baş verən hadisələrin ilk günündən bəri, başda Türkiyənin rəhbər heyəti olmaqla bütövlükə Türk xalqı azərbaycanlı qardaşlarının yanında olduqlarını və lazım gələrsə çiyin-çiyinə mübarizə aparacaqlarını bildirmişdir.