Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondu (GYF) Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

Gəncliyə Yardım Fondu (GYF) Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldu

4

Gəncliyə Yardım Fondu Azərbaycan ordusuna dəstək aksiyasına qoşulub.

5 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 2 (iki) min manat vəsait köçürüb.

Məqsəd düşmənin hərbi təxribatının qarşısının alınması, ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlərinin həyata keçirilməsinə dəstək göstərməkdir.

Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun əməkdaşları olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və yenilməz ordumuzun gücünə inanır, torpaqlarımızın ərazi bütövlüyünü bərpa edərək, qələbə çalacağına əminik!

Qarabağ Azərbaycandır!