Sosial Fəaliyyətlər Bakı Məktəbliləri Arasında “HƏR ŞƏHİD BİR ÇİNARDIR” Adlı Yazı Müsabiqəsi Elan Edilib

Bakı Məktəbliləri Arasında “HƏR ŞƏHİD BİR ÇİNARDIR” Adlı Yazı Müsabiqəsi Elan Edilib

1

Qarabağ şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinə start verilib. 

 Müsabiqə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncliyə Yardım Fondu, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi,  Dünya Gənc Türk Yazarlar Birliyi və Light Up Training Platformun  təşkilatçılığı ilə həyata keçirilir.  

Müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.

 Yazı müsabiqəsində Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdləri iştirak edə bilərlər. Yazılan yazılar hər hansı yerdə yayımlanmış olmamalı və yaxud hər hansı mənbədən alınmamalıdır. Yazıda şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmalı və seçilən qəhrəman Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır. Yazılar Azərbaycan dilində yazılmalı və 600 sözü keçməməlidir.  Yazıları göndərmək üçün son tarix isə 28 apreldir. Yazıları [email protected]  adresinə göndərə və müsabiqə haqqında geniş məlumat əldə edə bilərsiniz.

Müsabiqədə qalib olmuş itirakçılar təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.