Sosial Fəaliyyətlər “Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” Şeir Müsabiqəsi Qalibləri Mükafatlandırıldı

“Qarabağ Zəfəri və Qarabağ Şəhidləri” Şeir Müsabiqəsi Qalibləri Mükafatlandırıldı

18

Azərbaycanda orta məktəblərin 9-11-ci sinif şagirdləri arasında keçirilən “Qarabağ  Zəfəri və Qarabağ Şəhidləri” şeir müsabiqəsi qaliblərinə hədiyyələri təqdim edilib.

TİKA-nın dəstəyi ilə keçirilən yarışmanın mükafatlandırma mərasiminə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Doç.Dr. Cahit Bağcı, Azərbaycan Respublikası Təhsil Nazirinin  müavini Muxtar Məmmədov, Türkiyə Respublikasının Baş Prokuroru Bekir Şahin, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, media nümayəndələri və məktəb şagirdləri iştirak edib.

Tədbirdə, Azərbaycan və Türkiyənin folklor nümunələri icra edilib, şeir müəllifləri şeirlərini səsləndiriblər.

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim müsabiqədə iştirak edib qalib olan şagirdlərə hədiyyələr təqdim edib.

Qeyd edək ki, minə yaxın müsabiqə iştirakçısı arasından seçilən 50 müəllifin şeirləri kitab halına gətiriləcək.