Mətbuatda TİKA Bakı Koordinatoru Teoman Tiryaki GYF-ni Ziyarət Edib

TİKA Bakı Koordinatoru Teoman Tiryaki GYF-ni Ziyarət Edib

13
Azərbaycanda bir çox sosial və humanitar layihələrə imzan atan və bu günlərdə Azərbaycandakı fəaliyyət müddəti başa çatan TİKA Bakı Koordinatoru Teoman Tiryaki Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə TİKA və Gəncliyə Yardım Fondunun Azərbaycanda birgə həyata keçirdiyi xeyriyyə fəaliyyətlərindən söhbət açılıb.
Cənab Ahmet Tecim bildirib ki, TİKA hər zaman Gəncliyə Yardım Fondunun yanında olub və Fondun xeyriyyə fəaliyyətlərinə öz dəstəyini əsirgəməyib. O qeyd edib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎
TİKA Bakı Koordinatoru Teoman Tiryaki də öz növbəsində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎
Görüşün sonunda qonağa gələcək fəaliyyətlərində uğurlar arzulanıb, xatirə ‎hədiyyələri təqdim edilib və xatirə fotoları çəkilib.‎