Mətbuatda GYF-də “Şairlər Ustadı Böyük Nizami” Adlı Şeir Günü Keçirilib

GYF-də “Şairlər Ustadı Böyük Nizami” Adlı Şeir Günü Keçirilib

13

Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Şairlər Ustadı Böyük Nizami” adlı şeir günü keçirilib. Respublikanın bir sıra məktəblərinin şagirdləri müxtəlif dillərdə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərlərindən ibrarət kompozisiyalarla çıxış ediblər. Tədbirin sonunda Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası iştirakçılara diplomlar təqdim edilib.