Sosial Fəaliyyətlər Şəhid Fərid Əliyevin Ailəsi Ziyarət Edildi

Şəhid Fərid Əliyevin Ailəsi Ziyarət Edildi

40

Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsi şəhidi Fərid Əliyevin ailəsini yaşadıqları ünvanda ziyarət edib. Fond nümayəndələri şəhidin ailə üzvlərinin həyat şəraiti ilə yaxından tanış olublar. Daha sonra ailəyə şəhidimizin adına hazırlanmış müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu təqdim edilib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid və qazilərimizin ailələrini mütəmadi olaraq ziyarət edir, humanitar yardımlar göstərir və imkan daxilində ehtiyaclarını qarşılamağa çalışır.