Sosial Fəaliyyətlər Vətən Müharibəsi Şəhidinin Ailəsi GYF-nin Qonağı Olub

Vətən Müharibəsi Şəhidinin Ailəsi GYF-nin Qonağı Olub

17

8 yanvar 2022-ci il tarixində Vətən Müharibəsi şəhidi Eyyub Osmanovun atası Azər Osmanov Gəncliyə Yardım Fondunun qonağı olub. Azər Osmanov oğlunun keçdiyi ömur yolunu Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri ilə bölüşüb. Ahmet Tecim də öz növbəsində Eyyub Osmanovun timsalında bütün şəhidlərimizin və şəhid ailələrinin nə qədər dəyərli olduğunu bildirərək, vətəni qorumaq yolunda heç düşünmədən öz canlarını qurban verən övladlar yetişdirdikləri üçün təşəkkür edib və hər zaman onların yanında olduqlarını bildirib.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və  torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak edərək vətən yolunda canından keçən şəhid və qazilərimizin ailələrini mütəmadi olaraq ziyarət edir, humanitar yardımlar göstərir və imkan daxilində ehtiyaclarını qarşılamağa çalışır.

Gəncliyə Yardım Fondu tərəfindən şəhidin atası Azər Osmanova xatirə hədiyyəsi təqdim edilib və fotolar çəkilib.