Mətbuatda GYF Əməkdaşları “Qanlı Yaddaşımızı Unutmayaq!” Mövzulu Müzakirədə İştirak Edib

GYF Əməkdaşları “Qanlı Yaddaşımızı Unutmayaq!” Mövzulu Müzakirədə İştirak Edib

11

19 yanvar 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Şahalı Cəlilov NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Hikmət Babaoğlu ilə 20 yanvar faciəsinə həsr olunmuş “Qanlı yaddaşımızı unutmayaq!” mövzusunda müzakirədə iştirak ediblər.

20 yanvar hadisələrinin canlı şahidi və milli azadlıq hərəkatının fəal üzvlərindən biri olan Hikmət Babaoğlu 20 yanvar hadisələrinin baş vermə səbəblərini, daha sonra isə öz xatirələrini gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə bölüşüb.

Sonda iştirakçıların sulları cavablandırılıb və xatirə fotosu çəkilib.