Sosial Fəaliyyətlər GYF Ehtiyac Sahibi Ananın Gözünü Yolda Qoymadı

GYF Ehtiyac Sahibi Ananın Gözünü Yolda Qoymadı

12

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Tovuz rayonu Bozalqanlı kəndində yaşayan 61 yaşlı Sürəyya Əhmədovanı ünvanında ziyarət ediblər.‎‎ Fond əməkdaşaları ehtiyac sahibi ailəyə millət vəkili Ülviyyə Ağayevanın müraciəti əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Ailənin ‎dediyinə görə fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.