Sosial Fəaliyyətlər GYF Ehtiyac Sahiblərinin Gözünü Yolda Qoymadı

GYF Ehtiyac Sahiblərinin Gözünü Yolda Qoymadı

26

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Salyan rayonunda yaşayan 16 yaşlı  Xalidə Tağıyevanı, Xızı Rayonu Yeniyaşma qəsəbəsində yaşayan 43 yaşlı Natiq Abbasov və 40 yaşlı Ruslan Abbasov qardaşlarını yaşadığı ünvanlarında ziyarət ediblər.‎ Qeyd edək ki hər üç şəxs də anadan gəlmə iflic xəstəliyindən əziyyət çəkir.‎ Fond əməkdaşaları ehtiyac sahibi ailəyə Salyan rayonunun millət vəkili Jalə Əhmədovanın müraciəti əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar.

Hər iki ailənin ‎dediyinə görə fond tərəfindən onlara təqdim edilən əlil arabaları onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də  öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə ‎minnətdarlıq bildirib.‎

Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə ‎operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində ‎yardımlar göstərilir.