Uncategorized T.C Bakı Böyükelçisi və Nümayəndə Heyəti Gəncliyə Yardım Fondunu Ziyarət Edib

T.C Bakı Böyükelçisi və Nümayəndə Heyəti Gəncliyə Yardım Fondunu Ziyarət Edib

28

T.C. Bakü Büyükelçisi Doç. Dr. Cahit Bağcı və Din Xidmətləri Müşaviri Zeki Yavuzyılmaz Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb və Fondun fəaliyyətləri ilə yaxından tanış olublar.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə  iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar öz növbələrində fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib.‎