Mətbuatda GYF Rəhbərliyi V Beynəlxalq Etnosport Forumunun Açılış Mərasimində İştirak Edib

GYF Rəhbərliyi V Beynəlxalq Etnosport Forumunun Açılış Mərasimində İştirak Edib

50

GYF Rəhbərliyi V Beynəlxalq Etnosport Forumunun Açılış Mərasimində İştirak Edib

5 mart 2022-ci il tarixində  Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında  keçirilən V Beynəlxalq Etnoidman Forumunun açılış mərasimi iştirak ediblər.

Bakı şəhərində keçirilən foruma Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Türk Dövlətləri Təşkilatları təşkilatının sədri Bağdad Amreyev, tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar olmaqla 14 ölkədən ümumilikdə 140 nümayəndə qatılıb.

Əvvəlcə dünyada etnoidman növlərinin inkişafını əks etdirən videoçarx nümayiş olunub və daha sonra panel çıxışlar davam edib.

 Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan  “Bugünkü forumda ənənəvi idman növlərinin keçmişini və gələcəyini müzakirə edəcəyik. Bir çox ölkə və millətin nümayəndələrini bu mövzu ilə bağlı bir araya gətirmək böyük uğurdur. İnsanların birləşməsi üçün hörmət, həmrəylik, sülhün bərqərar olması xüsusi əhəmiyyət kəsb edir. Dünya Etnoidman Konfederasiyası öz işini məhz bu dəyərlər üzərində qurub. Ümidvaram ki, bu forum müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayacaq” deyə bildirib.

Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu 6 mart tarixində yekunlaşıb və növbəti forum Türkiyədə baş keçiriləcək.