Mətbuatda “Beynəlxalq Tərəfdaşlıqların Qurulması” Mövzusunda Müzakirə Keçirilib

“Beynəlxalq Tərəfdaşlıqların Qurulması” Mövzusunda Müzakirə Keçirilib

14

11 mart 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov NAYORA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə baş tutan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, eyni zamanda İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili ilə görüşdə iştirak edib.

Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi görüşdə “Beynəlxalq tərəfdaşlıqların qurulması vasitəsilə gənclər təşkilatlarının aktiv təmsilçilik prosesinə cəlb edilməsi” mövzusu müzakirə edilib.

Görüş çərçivəsində qeyd edilən mövzu ətarında müzakirələr aparılıb və gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanladıqları suallar cənab Tahir Mirkişili tərəfindən cavablandırılıb. Daha NAYORA-nın sədri Azər Əliyev çıxış edərək görüşdə iştirak etdiyi üçün cənab Tahir Mirkişiliyə öz minnətdarlığını bildirib.

Görüşün sonunda xatirə fotosu çəkilib.