Mətbuatda NAYORA-Da Ulu Öndər Heydər Əliyevin Doğum Gününə Həsr Olunmuş Görüş Keçirilib

NAYORA-Da Ulu Öndər Heydər Əliyevin Doğum Gününə Həsr Olunmuş Görüş Keçirilib

15

Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov v NAYORA-nın təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının birinci Baş naziri Həsən Həsənovla “Azərbaycanın müasir gəncliyinin inkişafında Heydər Əliyev irsinin təbliği” mövzusunda keçirilən görüşdə iştirak edib. Görüş zamanı Həsən Həsənov ümummilli lider Heydər Əliyevin gənclər siyasətinə gətirdiyi yenilikdərdən, müasir Azərbaycan gəncliyinə verdiyi töhfələrdən və ulu öndərin ideya dünyasından bəhs edib.

Görüşün sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb və xatirə fotosu çəkilib.