Sosial Fəaliyyətlər GYF-də 3 saylı Asan Xidmət Mərkəzinin Könüllüləri İlə Görüş Keçirilib

GYF-də 3 saylı Asan Xidmət Mərkəzinin Könüllüləri İlə Görüş Keçirilib

16

Mayın 11-ində Gəncliyə Yardım Fondunda 3 saylı Asan Xidmət Mərkəzinin könüllüləri ilə görüş keçirilib. Əvvəlcə araşdırmaçı-yazar Dr. Eldar Kərimovun təqdimatında “Xoşbəxtlik psixologiyası” mövzusunda təlim keçirilib.

Gəncliyə Yardım Fondunun fəaliyyətlərini əks etdirən video çarx münayiş etdirilib.

Daha sonra Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 3 saylı Asan Xidmət Mərkəzinin Könüllüləri ilə milli-mənəvi mədəniyyətimizdə, tariximizdə könüllülük və xeyriyyəçilik ənənəsi haqqında çıxış edib.

Görüşün sonunda Fond tərəfindən könüllülərə hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.