Sosial Fəaliyyətlər YTB-nin Nümayəndələri Gəncliyə Yardım Fondunun Qonağı Olub

YTB-nin Nümayəndələri Gəncliyə Yardım Fondunun Qonağı Olub

12

16 iyun 2022-ci il tarixində Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) rəhbər müavini Demet Koç və beynəlxalq tələbələr üzrə şöbə müdiri Ahmet Atabaş Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.

Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu, həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir. ‎

Qonaqlar da öz növbəsində  fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎‎

Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.‎