Mətbuatda GYF-nin Əməkdaşları Türkiyənin Zəfər Bayramı İlə Əlaqəli Resepsiyonda İştirak Edib

GYF-nin Əməkdaşları Türkiyənin Zəfər Bayramı İlə Əlaqəli Resepsiyonda İştirak Edib

33

30 avqust 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Türkiyənin Azərbaycandakı səfirliyində Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev, Xarici işlər nazirinin müavini Elnur Məmmədov, dövlət və hərbi nümayəndələr,  millət vəkilləri, elm və sənət adamlarının iştirakı ilə keçirilən Türkiyə Cümhuriyyətinin Zəfər bayramı ilə əlaqəli resepsiyonda iştirak edib.

Tədbir Türkiyə Cümhuriyyətinin İstiklal marşısın səsləndirilməsi və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Doç. Dr. Cahit Bağcı Zəfər bayramının əməmiyyəti, tarixi yeri və günümüzə təsiri haqqında çıxışı açıq elan edilib. Daha sonra Azərbaycan Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev və Xarici işlər nazirinin müavini Elnur Məmmədov Türkiyə və Azərbaycanın hərbi, iqtisadi və siyasi əlaqələrinin tarixi kökləri və gələcək prespektikləri ilə bağlı çıxış ediblər.