Uncategorized  “Gənc Elçilər” Proqramının Açılış Mərasimi Keçirilib

 “Gənc Elçilər” Proqramının Açılış Mərasimi Keçirilib

9

Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Şahalı Cəlilov AR Gənclər və İdman Nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilən “Gənc Elçilər” proqramının açılış mərasimində iştirak ediblər. Açılış mərasimi öz işinə Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi tədbirdə ilk olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, proqram haqqında qısa məlumat vermiş və gənc elçilərə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Nisə Paşayeva çıxış edərək, proqram haqqında fikirlərini bildirib. həmçinin öz təcrübələrini bölüşərək gənclərə uğur arzulalar.