Sosial Fəaliyyətlər NAYORA-nın Üzvləri Anım Yürüyüşü Keçirib

NAYORA-nın Üzvləri Anım Yürüyüşü Keçirib

6

Şanlı Zəfərimizin ikinci ildönümü münasibətilə NAYORA-nın üzv təşkilatlarının rəhbər və nümayəndələri Vətən Müharibəsi qaziləri ilə birlikdə I və II Fəxri Xiyabana, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər. Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Ülvi Müzəffərlinin iştirak etdiyi yürüyüş I Fəxri Xiyabandan başlayıb və ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoyulub. Bundan sonra Şəhidlər Xiyabanına yürüyüş edilib, 20 Yanvar faciəsi qurbanları və Qarabağ Müharibəsi şəhidləri anılıb.

 Son olaraq NAYORA-nın üzv təşkilatlarının rəhbər və nümayəndələri II Fəxri Xiyabanı ziyarət edilərək vətənimizin azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimiz yad edilib, məzarları üstünə qərənfil qoyulub, dualar oxunulub.