Sosial Fəaliyyətlər BİGA-da “Gələcəkdə Biznes, Biznesdə Gələcək” Adlı Seminar Keçirildi

BİGA-da “Gələcəkdə Biznes, Biznesdə Gələcək” Adlı Seminar Keçirildi

12

Bu gün Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondun H.Z. Tağıyev adına konfrans zalında Özgün Yapı AŞ-nin Azərbaycan müdiri, MUSİAD Azərbaycan idarə heyətinin üzvü Alim Şentürkün gənclərlə görüşü baş tutub. Əvvəlcə BİGA-nın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq akademiyanın fəaliyyəti və qonaq haqqında geniş məlumat verib.

Daha sonra Alim Şentürk “Gələcəkdə Biznes, Biznesdə Gələcək” adlı seminarla çıxış edib. O, iş həyatında keçdiyi təcrübələri, qarşılaşdığı çətinliklər və onlara qarşı istifadə etdiyi metodları gənclərlə bölüşüb. Alim Şentürk elektronlaşan dünyada biznesin köhnə qaydalarla idarə edilməyəcəyini, artıq şirkətlərin elekronlaşdığı üçün gənclərin buna hazır olmalı olduqlarını, daha çox iş fürsətinin elektron əməliyyat sistemində işləmiyi bacaran şəxslərin əldə edəcəyini, əgər bu yöndə bilik və bacarıqlarını artırarlarsa gələcəklərinin parlaq olacağını qeyd edib.

Görüşün sonunda qonağa hədiyyə təqdim edilib və xatirə fotosu çəkilib.