Sosial Fəaliyyətlər Gənclər Təşkilatlarının V Konqresi Keçirilib

Gənclər Təşkilatlarının V Konqresi Keçirilib

7

8-10 dekbar tarixlərində 2022-ci ilin Gənclər paytaxtı seçilən Tovuz şəhərində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı Gənclər Təşkilatlarının V Konqresi keçirilib. Konqresdə Gəncliyə Yardım Fondunu Fondun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qoşqar Abbasov təmsil edib.

Konqresin ilk günü NATORA-nın baş katibi Ramin Həbibzadənin fasilitatorluğu ilə təşkilatların tanışlığı və əlaqələrin gücləndirilməsi prosesi həyata keçirilib.

Dekabrın 9-da konqresin rəsmi açılış mərasimi baş tutub. AR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, AR Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və AR Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev çıxış edib. Çıxışlar zamanı keçirilən Konqresin gənclər təşkilatlarının fəaliyyətləri üçün əhəmiyyəti vurğulanıb və təmsil etdikləri qurumların təşkilatlara yaratdıqları imkanlardan söz açılıb.

Günün ikinci yarısı “Dövlət Gənclər Siyasəti: Gənclər təşkilatları üçün yeni çağrışlar” mövzusunda panel müzakirəsi ilə davam edib. Samir Mehralıyevin moderatorluğu ilə keçirilən paneldə spiker qismində Fuad Babayev və Seymur Hüseynov iştirak ediblər. Daha sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə qrup müzakirəsi keçirilib, iştirakçılar komandalara bölünərək müxtəlif mövzularda hazırladıqları təqdimatlarla çıxış ediblər və günün sonunda gənclər təşkilatlarının sərgisi baş tutub.

Konqresin sonuncu günündə isə AR Gənclər və İdman Nazirliyinin əməkdaşı Ramil Cabbarov tərəfindən nazirliyin fəaliyyətləri haqqında təqdimat olub.Daha sonra NAYORA-nın sədri Azər Əliyevin moderatorluğu ilə “Dövlət Gənclər siyasəti: gənclər təşkilatları üçün yeni çağrışlar” mövzusunda AR Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, AR Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov və AR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayevin iştirakı ilə panel müzakirəsi baş tutub. Panel çərçivəsində qeyd edilən mövzu ətrafında geniş müzakirələr aparılaraq təşkilat nümayəndələri tərəfindən verilən sualların cavablandırılması ilə hər iki ildən bir keçirilən Konqres işini yekunlaşdırıb.