Sosial Fəaliyyətlər Gənclər Təşkilatları Zəngilan Rayonunun Ağalı Ağıllı Kəndinə Səfər Ediblər

Gənclər Təşkilatları Zəngilan Rayonunun Ağalı Ağıllı Kəndinə Səfər Ediblər

13

Gəncliyə Yardım Fondunun əməkdaşı Qoşqar Abbasov dekabrın 14-də Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tuttan Zəngilan rayonun Ağalı ağıllı kəndinə edilən səfərdə iştirak edib.

Səfərdə nümayəndə heyəti tərəfindən Ağalı kənd orta məktəb və bağça, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzi, Gillmed tekstil, Ağalı Xidmətlər Mərkəzi və Arximed nəzəriyyəsi ilə elektrik enerjisi istehsal edən Süni göl ziyarət edilib. Ölkənin 50-dən çox  aparıcı gənclər təşkilatlarının rəhbər və nümayəndələri 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.

Qeyd edək ki, səfərin əsas məqsədi vətənpərvərlik hislərinin gənclərə aşılanması, Böyük Qayıdış prosesində gənclər təşkilatlarının ideoloji cəhətdən gənclərlə birlikdə fəaliyyət aparması, həmçinin işğaldan azad olunmuş ərazilərimizə gənclər təşkilatlarının rəhbərlərinin səfər etməsi ilə həmin ərazilərdə yaşayan gənclərimizin dövlətin onlar üçün yaratdığı fürsət və imkanlar barədə məlumatlandırılması və orada mümkün layihələrin keçirilməsi imkanlarının müzakirəsindən ibarət olub.