Sosial Fəaliyyətlər Dünya Ahıska Türkləri Birliyi Gəncliyə Yardım Fondunu Ziyarət Edib

Dünya Ahıska Türkləri Birliyi Gəncliyə Yardım Fondunu Ziyarət Edib

28

21 yanvar 2023-cü il tarixində Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyatdin Kassanov və idarə heyətinin üzvləri Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında DATÜB nümayəndələri Gəncliyə Yardım Fondunun ‎icraçı katibi Sedat Demir ilə görüşüb.

Cənab Sedat Demir bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyatdin Kassanov və  idarə heyətinin üzvləri fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda xatirə fotoları çəkilib.‎