Sosial Fəaliyyətlər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində “Ənənəvi Oxçuluq Məktəbi-nin” Növbəti Təlimi Keçirilib

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində “Ənənəvi Oxçuluq Məktəbi-nin” Növbəti Təlimi Keçirilib

18

Gəncliyə Yardım Fondu və Bakı Şəhər Gənclər İdman və Baş İdarəsinin təşkilatçılığı ilə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində “Ənənəvi Oxçuluq Məktəbi” layihəsinin növbəti təlimi baş tutub.

Məktəblilərə Türkiyənin Etnospor Təcrübə Mərkəzində təlim almış Bəhram Sadiqov oxçuluq idman növü barədə geniş məlumat verib. Daha sonra təlim iştirakçılarına oxatmanın sirlərini izah edib.

Qeyd edək ki, “Ənənəvi Oxçuluq Məktəbi” il ərzində Bakı şəhərində yerləşən müxtəlif orta ümumtəhsil məktəblərində davam edəcəkdir.