Sosial Fəaliyyətlər “Gənclər Təşkilatları: Yeni Çağırışlar” Forumu Keçirilib

“Gənclər Təşkilatları: Yeni Çağırışlar” Forumu Keçirilib

10

Yanvarın 31-i Bakı Gənclər Mərkəzində 2 fevral – Gənclər günü ilə əlaqədar “Gənclər təşkilatları: yeni çağırışlar” Forumu keçirilib. Forumda Gəncliyə Yardım Fondunu Fondun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Qoşqar Abbasov təmsil edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra öz işinə başlayıb.

Daha sonra NAYORA-nın Baş katibi Ramin Həbibzadə forum iştirakçılarını salamlayaraq Gənclərlə iş sahəsinində fəaliyyətlərin əlaqələndirilməsi məsələləri üzrə İşçi Qruplarının yaradılması layihəsi haqqında təqdimatla çıxış edib.

Forumun davamında AR Gənclər və İdman Nazirliyinin fəaliyyətlərinə dair hesabat videoçarxı təqdim edilib və ardınca AR Gənclər və İdman naziri Fəriq Qayıbov və AR Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərovun iştirakı ilə “Gənclər Təşkilatları: Yeni Çağırışlar” mövzusunda panel müzakirəsi keçirilib. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin ünvanlaqları suallar cavablandırıldıqdan sonra xatirə şəkli çəkilmiş və Forum işini yekunlaşdırmışdır.

Qeyd edək ki, Forum AR Gənclər və İdman Nazirliyi, AR Gənclər Fondu və NAYORA-nın birgə təşkilatçılığı ilə baş tutub.